SİZİN REKLAM BURADA!
055 213 76 73


Moskvada Azərbaycanın Baş naziri Əli Əsədovla Rusiyanın hökumət başçısı Dmitri Medvedev arasında görüş keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, görüş MDB Hökumət Başçıları Şurasının iclası çərçivəsində baş tutub.

Görüşdə D.Medvedev əvvəlcə Əli Əsədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib: "Azərbaycan həmişə Rusiya tərəfinin dəstək və köməyinə ümid bəsləyə bilər".

D.Medvedev qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb.
BAKU.WS
QALEREYA