Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdi

25
okt
2019
12:56
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə quruma sədrlik Azərbaycana keçib.BAKU.WS trend-ə istinadən xəbər verir ki, eyni zamanda 3 il müddətə quruma sədrlik edən Venesuela Prezidenti Nikolas Maduro Zirvə Görüşünün gündəliyinə uyğun olaraq səsvermə elan edib və Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Zirvə Görüşünün sədri seçilib.Qeyd edək ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.N.Maduro ölkəmizə sədrlikdə uğurlar arzulayıb və üzv dövlətləri Azərbaycanın sədrliyi dövründə təşkilata öz töhfələrini davam etdirməyə çağırıb.
Oxşar xəbərlər
Bakıda dövlət və hökumət başçılarının görüşü başlayır
Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayır.BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prez...
