Türkmənistan Prezidenti Azərbaycana səfər edəcək

22
okt
2019
11:27
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfər edəcək. BAKU.WS xəbər verir ki, bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb. Q. Berdiməhəmmədov Azərbaycana səfər zamanı Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşündə iştirak edəcək. Xatırladaq ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.
Oxşar xəbərlər
Həsən Ruhani Azərbaycana səfər edəcək
İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər.BAKU.WS xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin...
