SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistanın turizm şirkətləri Kəlbəcərə təşkil etdiyi turist turları üçün reklam çarxı hazırlayıblar.
 
BAKU.WS-in məlumatına görə, Azərbaycanın işğal olunmuş ərazilərində özləri üçün biznes qurmuş ermənilər mədəni irsi dəyərlərimizlə yanaşı, təbii sərvətlərimizi də xaricilərə özünküləşdirərək təqdim edir. 
 
Hər il Dağlıq Qarabağda yüzlərlə turist qəbul edən ermənilər turizm şirkətlərinin saxta təbliğatı ilə Azərbaycan tarixini xaricilərə sırımağa çalışır. Azərbaycan Xarici İşlər Nazirliyindən BAKU.WS-ə bildirilir ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirir ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən bütün növ qeyri-qanuni fəaliyyətlər XİN tərəfindən ölkənin digər əlaqədar qurumları ilə birlikdə diqqətdə saxlanılı:
 
"Bu cür halların qarşısını almaq üçün zəruri işlər görülür. Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turizm səfərlərinin təşkil edilməsi halları dəfələrlə ölkəmiz tərəfindən Ümumdünya Turizm Təşkilatı qarşısında da qaldırılıb və üzv dövlətlərə müraciət edilib. Qarşılaşdığımız bu hadisə beynəlxalq humanitar hüququn çox ciddi şəkildə pozulmasıdır. Azərbaycanın işğal olunmuş ərzilərində yaradılmış qondarma rejiminə turizm şirkətləri tərəfindən turist turları təşkil edilməsi kimi məqamlar Ermənistan hakimiyyətinin keçirdiyi cəfəng təbliğatdır".
 
Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən mədəniyyət və turizm nazirliyinin mətbuat katibi İntiqam Hümbətov isə bildirib ki, mövzu ilə əyani olaraq tanış deyil. Nazirlik rəsmisinin sözlərinə görə, ermənilər 20 ildən çoxdur ki, hər il bu cür təbliğat aparırlar və öz düşmən mövqelərini göstərirlər: "Müvafiq qaydada beynəlxalq qurumlara müraciət olunacaq və zəruri tədbirlər görüləcək".

Şahin Həbibov
BAKU.WS