VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Facebook” səhifəsində 22 iyul Milli Mətbuat Günü münasibətilə paylaşım edib.

BAKU.WS xəbər verir ki, paylaşım səhər saatlarında edilib.

Paylaşımda qeyd edilib:

"Bünövrəsi "Əkinçi” ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir”.

Qeyd edək ki, bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

144 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.
BAKU.WS
QALEREYA