Braziliyada qəzaya uğrayan təyyarəyə 10 sərnişin minməyib - “O, həyatımı xilas etdi”
Ötən gün Braziliyanın San-Paulu ştatında qəzaya uğrayan və 61 nəfər ölümünə səbəb olan təyyarəyə təqribən 10 sərnişin minməyib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, onlar uçuşa gec gəliblər.
Məlumata görə, aviaşirkətin əməkdaşı hecikən sərnişinlərə reysə minməyə icazə verməyib. Bu da onları ölümdən xilas edib.
Xatırladaq ku, ATR-72 ikimühərrikli sərnişin təyyarəsi Parana ştatının Kaskavel şəhərindən havaya qalxaraq Quarulhosa doğru hərəkət edirdi. Təyyarə uçuşlara icazə verildiyi üçün yaxşı vəziyyətdə olub. Lakin tezliklə onunla əlaqə kəsilib.
Uçuşların monitorinqinə əsasən, qəzadan bir dəqiqə əvvəl təyyarə təxminən 5,2 min metr yüksəklikdə olub.
Oxşar xəbərlər
Braziliyada üç günlük matəm elan edilib
Braziliyanın San-Paulu ştatının Vinhedo bölgəsində baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsinə ölkədə üç günlük matəm elan edilib. BAKU.WS xəbər ver...