SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi vaxt və məkan açıqlanıb.
 
BAKU.WS-in məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan 18 dekabrda İsveçrənin Bern şəhərinə səfər edəcək. 
 
Prezident mətbuat xidməti bildirib ki, 19 dekabrda ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Berndə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü planlaşdırılıb. 
 
Xatırladaq ki, İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Pransa prezidentinin Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutub. Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.
 
BAKU.WS