VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz respublikalarına qarşıdakı səfərinin əsl məqsədi nəhayət açıqlanıb.


Virtualaz.org xəbər verir ki, Bolton Azərbaycan, Ermənistan və Gürcüstan liderlərini dilə tutaraq onları İranla əməkdaşlıq etməməyə, bu ölkədən neft və qaz almamağa inandırmağa cəhd edəcək. Bu haqda “Daily Shtorm” online nəşrinə Rusiyanın ABŞ-dakı diplomatik missiyasındakı mənbə deyib.


Nəşr qeyd edir ki, Yerevana gəldikdə bu asan olmayan məsələdir. Çünki məhz İranın hesabına Ermənistan Rusiyadan energetika sahəsində tam asılılığı aradan qaldırmağa çalışacaq. Tehran Ermənistandakı azad iqtisadi zonada gündə 200 min barrel neft emal edən neftayırma zavodu qurmağa hazırlaşır. Bu haqda oktyabrın 15-də İran parlamentinin büdcə planlaşdırması komissiyasının üzvü Hadi Qavami bildirib. Beləliklə, İran Amerika sanksiyalarından yan keçməyə çalışır.


Boltonun isə ermənilərlə xüsusən İran məsələsində xoşagəlməz əməkdaşlıq təcrübəsi var. 2005-ci ildə Bolton ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olanda Yerevan bu təşkilatın İrana qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxmışdı. O vaxt Bolton Ermənistanın BMT-dəki daimi nümayəndəsi Armen Martirosyanla görüşmüşdü. Və Martirosyan siyasi xəritənin köməyi ilə Yerevanın mövqeyini Boltona uzun-uzadı izah etməyə çalışmışdı. Səfir bildirmişdi ki, Ermənistan hər tərəfdən qeyri-dost ölkələrlə əhatələnib, təkcə İran və Rusiya ona müsbət yanaşır.


2018-ci ildə Bolton milli təhlükəsizlik müşaviri təyin olunanda Martirosyan bu haqda “Financial Times” qəzetində bəhs edib. Bir sıra Amerika KİV-ləri isə Boltonu “regionun reallıqlarını bilmədiyinə” görə tənqid ediblər.


BAKU.WS