Con Lenonun 50 ildir itən gitarası 800 000 dollara satılacaq - FOTO
24
apr
2024
13:53
"The Beatles" qrupunun əfsanəvi üzvü Con Lenon "Hootenanny" adlı akustik gitarası hərraca çıxarılacaq.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı bu gitaranı 1965-ci ildə buraxdığı "Help!" albomundakı bəzi kompozisiyalarda istifadə edib.
Hərrac gələn ayın 29-30-u tarixlərində baş tutacaq. Musiqi alətinin 800 min dollara (1 milyon 693 min AZN) satılacağı bildirilib. Auksion Nyu-Yorkda "Hard Rock Cafe"də baş tutacaq.
Gitara bir müddət əvvəl Böyük Britaniyada evlərdən birinin tavanında aşkarlanıb. 50 il idi ki, musiqi alətinin itdiyi bildirilirdi.
Oxşar xəbərlər
Merilin Monronun məzarının ətrafı fantastik qiymətə satışa çıxarılır - FOTO
Gələn həftə Hollivudda keçiriləcək hərracda məşhur kino ulduzu Merilin Monronun paltarları, eləcə də şəxsi əşyaları, süni kirpikləri və işlənmiş dodaq boyası sa...