VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çində baş vermiş dəhşətli partlayışa görə Çin Xalq Respublikasının sədri Si Cinpinə başsağlığı verib. 
 
BAKU.WS-in məlumatına görə, başsağlığı məktubunda deyilir:
 
 
"Tyantszin şəhərində baş vermiş güclü partlayışlar nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".
 
Xatırladaq ki, ötən gün Çinin Tyantsin şəhərində tez alışan materiallar anabarında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 50-yə çatıb. Hadisə nəticəsində təxminən 500 nəfər yaralanıb. Hazırda şəhər rəhbərliyi 36 yanğınsöndürənlə əlaqənin itdiyini açıqlayıb.
 
BAKU.WS