44 günlük Vətən Müharibəsinin daha bir qəhrəmanı - Şəhid İsrayıl - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində yazdığı qəhrəmanlıq dastanının iştirakçılarından və şəhidlik mərtəbəsinə ucalan hərbçilərindən biri də əsgər Hacıyev İsrayıl Səməd oğludur.
BAKU.WS xəbər verir ki, Azərbaycanın bir neçə rayonunun işğaldan azad edilməsində böyük pay sahibi olan qəhrəmanımız Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhid Hacıyev İsrayıl 2001-ci il 25 dekabr Şəmkir rayonunda anadan olub. O, 2007-ci il sentyabrın 15-də Coşqun Abdıyev adına Zəyəm Cırdaxan kənd məktəbində 1-ci sinifə daxil olmuşdu. Uşaq yaşlarından çox əzmli, zəhmətkeş, canayanan bir insan idi. Təəssüflər olsun ki, qəhrəman şəhidimiz təhsilini başa vura bilməmişdi. Erkən yaşlarından işləməyə başlamış, ailəsinin yükü onun çiyinlərində olmuşdu.
Şəhid İsrayıl 29 may 2020-ci ildə hərbi xidmətə çağırılmışdı. Şəhid qardaşımız vətəninə, dininə, ən əsası Allahına ürəklə bağlı bir insan olmuşdu. Hərbi xidmətə gedənə qədər orucunu, niyyətini sonacan tutmuş, elə yollanmışdı.
Hərbi xidmətdə olduğu 4 ay müddətində İsrayıl bütün əsgər yoldaşlarının, komandirinin sevgisini, hörmətini qazanmışdı. Qarabağ müharibəsi başlayanda 27 sentyabr günü şəhidimiz Füzuli rayonunda komandirləri ilə azad olunan kəndlərimizə üçrəngli bayrağımızı sancmağa gedib. Komandirləri onu aparmaq istəməsə də şəhidimiz: "Siz hara, mən də ora" deyərək özü getmişdi.
Sanki şəhadətin onu səslədiyini bilirmiş. Bayrağı öpüb bağrına basaraq sancarkən murdar ermənilərin top atəşinə məruz qalır. Şəhid İsrayıl orada əlində üçrəngli bayraq şəhadətə qovuşur. Son nəfəsində belə bayrağı əlindən buraxmır. Ertəsi gün onların nəşlərini aparmağa gələndə İsrayılın əlindən bayrağı alıblar.
Şəhid Hacıyev İsrayıl Səməd oğlu ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
44 günlük Vətən Müharibəsinin daha bir qəhrəman şəhidi - İbrahim Sadıqlı - FOTO/VİDEO
Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində yazdığı qəhərmanlıq dastanının iştirakçılarından və şəhidlik mərtəbəsinə ucalan hərbçilərindən biri də gizir...