SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya Dumasının deputatı Sergey Qavrilov Türkiyə hava məkanının pozulması nəticəsində vurulan rus təyyarəsinə işarə edərək Türkiyəyə qəribə təklif verib. 
 
BAKU.WS-in məlumatına görə, Qavrilov Türkiyənin dostca bir addım ataraq Ayasofyanı Ortodoks Kilsəsinə geri qaytarılmasının vacibliyinə diqqət çəkib. Deputat bildirib ki, bu addım Türkiyənin siyasətdəki müsbət niyyətinin göstəricisi ola bilər. 

"Türkiyə-Rusiya əlaqələri bir dayanıqlılıq testindən keçir. Belə bir dövrdə dostca cəhdlər və təkliflər böyük əhəmiyyət daşıyır. Ayasofyanın Ortodoks Kilsəsinə qaytarılması üçün Türkiyədən səmimi addım gözləyirik", - deyə rus deputat əlavə edib. 
 
Şahin Həbibov
BAKU.WS