VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Türkiyə məsələsini başqa əllər vasitəsilə həll etmək lazımdır. Ermənilər türklərə nifrət edir, əgər biz onlara qərb ərazilərini azad etməyə icazə versək, onlar məmnuniyyətlə torpaqlarını azad edəcəklər".
 
BAKU.WS-in məlumatına görə, bunu Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski söyləyib. O bildirib ki, əgər Rusiya imkan versəydi ermənilər bunu 1918-ci ildə edərdilər, ancaq onda Moskva kömək etmədi və Türkiyənin tərəfinə keçdi.

"Kürdlər bizim köməyimizi gözləyirlər. Əgər biz kürdlərə desək ki, sizin müstəqilliyinizi tanıyırıq o zaman paytaxtı Diyarbəkir olan müstəqil Kürdüstan yaranacaq. Beləliklə də Şərqi Anadoluda yeni dövlət mövcud olacaq. Bununla yanaşı, biz Böyük Ermənistanın yaranmasına da şərait yaradacağıq", - deyə Jirinovski bildirib.
 
Şahin Həbibov
BAKU.WS