Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugünkü gündəliyinin təsdiqi üzrə səs verərkən səhv etmiş deputatlara iradını bildirib.

Virtualaz.org-un parlament müxbiri xəbər verir ki, gündəlik rəsmən təsdiq olunandan sonra O.Əsədov deyib: “Mən sizdən yalnız bugünkü plenar iclasın gündəliyinə səs verməyi xahiş etdim, lakin sizdən 10 nəfəri nəyə görəsə “əleyhinə” səs verdi”.

Milli Məclisin sədri deputatlardan xahiş edib ki, bundan sonra düymələrə basarkən diqqətli olsunlar.

BAKU.WS