41 il sonra ünvana çatan məktub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Kemerova şəhər sakini ona ünvanlanan məktubu 41 il sonra əldə edib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə REN.TV məlumat yayıb.
Belə ki, Valeriy Yakupov 1980-ci ildə dayısının yoldaşına məktub yazaraq hərbi xidməti tezliklə bitirib evə qayıdacağını bildirib.
Məktub köhnə ünvana gedib, bu müddət ərzində Lyudmila Muravyova yaşayış yerini və soyadını dəyişib. Onun yeni ünvanını isə məktub çatan evin yeni sahibi sosial şəbəkələr vasitəsilə tapıb.
Muravyova deyib ki, məktubu alanda şoka düşüb və əvvəlcə buna inanmayıb. O keçmişdən gələn məktubu oxuyan kimi illərlə görmədiyi qohumuna zəng edib.
Belə bir hadisənin 21-ci əsrdə baş verməsi təəccüb doğurub. Rusiya Poçt İdarəsindən bildiriblər ki, faktla bağlı daxili araşdırma aparılır.
Oxşar xəbərlər
Belarus Rusiyanın “Vaqner” qrupunun 32 döyüşçüsünü saxladı - SİYAHI
Dünən gecə Minsk yaxınlığında Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları "Vaqner" xarici özəl hərbi şirkətin 32 hərbçisini saxlayıb. BAKU.WS xəbər verir...