ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını elan etdikdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 50-yə yaxın müsəlman ölkəsinin liderini İstanbula dəvət edib.

BAKU.WS-in məlumatına görə, artıq bu gündən İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısına strat verilib.

Türkiyə KİV-nin yazdığı xəbərə görə, hətta Rusiya Zirvə toplantısında iştirak etmək üçün nümayəndə heyəti göndərib. Lakin Səudiyyə Ərəbistanı Ərdoğanın dəvətini qəbul etməyərək İstanbula heç bir nümayəndə göndərməyib.

İran prezidenti Həsən Ruhani də Türkiyədədir.

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə səfər edib. Toplantıda 48 ölkənin lideri və nümayəndə heyəti iştirak edir.

BAKU.WS