35 yaşlı model evinin eyvanından yıxılıb öldü - FOTO
16
mar
2023
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur sosial media fenomeni və model Ceff Tomas həyatını itirib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, yaşadığı mənzilin eyvanından yıxılaraq ölüb.
İlkin araşdırmalar zamanı polis 35 yaşlı fenomenin intihar etdiyi qənaətinə gəlib.
Lakin dəqiq cavab ekspertizanın cəsəd üzərində apardığı araşdırmadan sonra veriləcək.
ABŞ-nin "TMZ" qəzetinə danışan bir nəfər isə qətiyyətlə Cefin intihar etdiyini deyib.
Bu günə qədər dünyaca məşhur brendlərlə layihələri olan Tomas Londonda model agentliyində çalışıb.
Oxşar xəbərlər
Məşhurların qatıldığı əyləncə gecəsi atışma ilə bitdi: 4 yaralı - VİDEO
Kanadalı müğənni Castin Biber ötən gecə konsertindən sonra həyat yoldaşı, model Heyli Biberlə birlikdə təşkil etdiyi əyləncə atışma ilə sonlanıb. BAKU.WS "axşam...