Məşhurların qatıldığı əyləncə gecəsi atışma ilə bitdi: 4 yaralı - VİDEO

Məşhurların qatıldığı əyləncə gecəsi atışma ilə bitdi: 4 yaralı - VİDEO
Video
Siyasət 597

Kanadalı müğənni Castin Biber ötən gecə konsertindən sonra həyat yoldaşı, model Heyli Biberlə birlikdə təşkil etdiyi əyləncə atışma ilə sonlanıb.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb.

Məkanların birində gerçəkləşən partidə cütlüyün dostları iştirak edib. Onlar arasında aktyor Leonardo Di Kaprio, supermodel Kendall Cenner, reper Dreyk, "Amazon"un yaradıcısı Ceff Bezos və sevgilisi Lauren Sançez kimi bir çox məşhur yer alıb. Səhərə qədər davam etməsi planlaşdırılan məclis küçədə baş verən atışma səbəbi ilə sonlandırılmalı olub.

Saat gecə 03:00 radələrində məkanın önündə reperlər Kodak Blak, Gunna və Lil Babinin olduğu vaxt küçədə dava düşüb. Mübahisənin böyüməsi nəticəsində atışma baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ümumilikdə 10 atəş açılıb. Nəticədə dörd nəfər yaralanıb. Onlar dərhal xəstəxanaya yerləşdirilib. Hazırda hadisəni törədənlərin axtarışları davam edir.

Oxşar xəbərlər

Son xəbərlər