Xəbər verdiyimiz kimi, bu gün Milli Təhlükəsizlik Nazirliyində növbəti vəzifədən azad etmə və təyinat həyata keçirilib. Ceyhun Şadlinskinin MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilməsindən sonra nazirlikdə daha bir neçə təyinat gerçəkləşib.

BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, sabiq nazir Eldar Mahmudov tərəfindən işdən azad olunmuş çekistlər yenidən MTN-ə qaytarılır.

Saytın yazdığına görə, polkovnik İsmayıl Bağırov milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən general-leytenant Mədət Quliyevin bu gün imzaladığı əmrlə MTN Əks-Kəşfiyyat İdarəsinin rəisi təyin edilib. General Quliyevin digər əmri ilə isə polkovnik Sahib Nağıyev nazirliyin aparat rəhbəri təyin olunub. MTN-dəki kadr islahatları davam edir.

BAKU.WS