31 yaşlı müğənni səhnədəki boşluğa düşdü - ANBAAN VİDEO

31 yaşlı müğənni səhnədəki boşluğa düşdü - ANBAAN VİDEO
Video
Siyasət 3

Amerikalı müğənni Nik Conasın başına iş gəlib.

BAKU.WS xəbər verir ki, konserti zamanı çıxış edən sənətçi yanlışlıqla səhnədəki boşluğa düşüb.

Daha sonra ayağa qalxaraq özünü ələ alan ifaçı səhnəni tərk edib. Hadisə müğənninin Boston şəhərindəki konsertində olub.

Xatırladaq ki, 31 yaşlı Nik Bollivud aktrisası Priyanka Çopra ilə evlidir. Sənətçini dinləməyə gələnlər arasında onun aktrisa arvadı da olub.

Məlumat üçün bildirək ki, belə bir hadisə illər əvvəl türkiyəli müğənni Kenan Doğulunun da başına gəlib.

BAKU.WS Nik Conasın həmin görüntüləri təqdim edir:

Son xəbərlər