"Azərişıq" işdən çıxarıldığı deyilən rəislə bağlı AÇIQLAMA

"Azərişıq" ASC Cəlilabad Elektrik Şəbəkəsinin rəisinin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BAKU.WS xəbər verir ki, ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev "Report"a bildirib ki, Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Aydın Məmmədov səhhəti ilə əlaqədər xəstəxanaya yerləşdirilib: "Aydın Məmmədov işdən çıxarılmayıb.
Bu barədə yayılan informasiyaların heç bir əsası yoxdur. Şəbəkənin rəisi səhhətində baş verən problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib və müalicə olunur. Təbii ki, rəis olmayanda onu kimsə əvəz etməlidir. Şəbəkədə rəis müavini, baş mühəndis və satış şöbəsinin rəisi var, Aydın Məmmədovu onlardan biri əvəz edir".
Qeyd edək ki, bir neçə gün öncə bəzi saytlarda A.Məmmədovun vətəndaşları təhqir etməsi barədə məlumat yayılıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda rəisi otağında döydülər
Cəlilabad rayonunda idarə rəisi kabinetində döyülüb. "Report” xəbər verir ki, hadisə şəhərdə yerləşən "Azərişıq” ASC-nin Cəlilabad nümayəndəliyində qeydə alını...
