Azərbaycanda rəisi otağında döydülər
04
iyl
2017
13:30
Cəlilabad rayonunda idarə rəisi kabinetində döyülüb.
"Report” xəbər verir ki, hadisə şəhərdə yerləşən "Azərişıq” ASC-nin Cəlilabad nümayəndəliyində qeydə alınıb.
Yerli sakinlərin bildirdiyinə görə, Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi, 57 yaşlı Aydın Əhməd oğlu Məmmədov kabinetində vətəndaşlar tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan idarə rəisinə ilk tibbi yardım göstərilib və o, ambulator müalicəyə göndərilib.
Münaqişənin hansı səbəbədən baş verdiyi hələ ki, məlum deyil.
Artıq bu barədə polis şöbəsinə də məlumat verilib.
BAKU.WS
Oxşar xəbərlər
Ramil Usubov nazirin qardaşı oğlunu rəis təyin etdi
Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib. "Report”un xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Sabirabad Ray...