SİZİN REKLAM BURADA!
055 213 76 73


 
AMGT 2 yaşlı  Zəhranın qatillərindən bəhs edən bəyanatı ingilis və alman dilində Almaniyanın paytaxtı Berlində insanlara təqdim edib. 

Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonu Alxanlı kəndinin dinc sakinləri Quliyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızına qarşı törətdiyi vəhşilik Azərbaycan ictimayyətinin diqqət mərkəzindədir. Körpə qatillərinin əsl simasını dünya ictimayyətinə göstərmək üçün genişmiqyaslı tədbirlər görülür. AMGT dinc insanların qatillərinin varlığından bəhs edən bəyanat yayıb.
 
"2 yaşlı Zəhranın amansızlıqla qətlə yetirilməsi nə insani, nə də müharibə şəraiti qanunlarına uyğun gəlmir. Bu, insanlığa sığmayan hücumdur. Bütün dünya bunu görməli, bilməli və səssiz qalmamalıdır.” kimi fikirlərin yer aldıgı bəyanat ingilis və alman dilində tərcümə olunaraq Berlində Bradenburq qapıları önündə yıgışan turistlərə və yerli sakinlərə təqdim olunub. AMGT rəhbəri Ruhiyyə Aslanova arzuedənlərə münaqişə haqda daha geniş məlumat verib,  onları maraqlandıran sualları cavablandırıb. Bundan baqşa AMGT nümayəndələri bu amansız qətli dünya ictimayyətinə çatdırmaq məqsədilə Almaniyadakı diaspor təşkilatlarının keçirtdiyi etiraz mitinqinə də qatılıb. 

BAKU.WS bəyənatın mətnini sizə təqdim edir: 

Azərbaycan Maarifçi Gənclər Təşkilatının
Bəyanatı

Azərbaycan Maarifçi Gənclər Təşkilatı (AMGT) Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonu Alxanlı kəndinin dinc sakinləri Quliyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızına qarşı törətdiyi vəhşiliyi qətiyyətlə qınayır. Ermənistanın təcavüzkarlığı nəticəsində Azərbaycan torpaqlarının işğalı və 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün olmasına səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi artıq 30 ilə çatmaqdadır. 

Münaqişənin nizamlanması və bölgədə sülh və əmin-amanlığın bərqərar olunması üçün çoxsaylı beynəlxalq təşəbbüslərə baxmayaraq Ermənistanın destruktiv mövqeyi problemin həllinə doğru addım atmağa imkan verməyib. Son illər dünyanın bir sıra nöqtələrindəki münqaişələrlə bağlı nüfuzlu beynəlxalq təşkilatların prinsipial mövqeyi sayəsində həmin münaqişələrin həlli ilə bağlı irəliləyişlərin əldə edilməsi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dünya birliyinin həmin prinsipiallığı nümayiş etdirmədiyni söyləməyə əsas verir. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər qurumların Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarına dair bəyanatlarına baxmayaraq onlar münaqişəsinin nizamlanması prosesində təcavüzkar Ermənistanı konstruktivliyə sövq etmək üçün sərəncamlarında olan rıçaqlardan istifadə etmirlər. Nəticədə Ermənistan-Azərbaycan münaqişəsi dinc insanların həyatlarını itirməsinə səbəb olur.

Sonuncu hadisə, xüsusilə də 2 yaşlı Zəhranın amansızlıqla qətlə yetirilməsi nə insani, nə də müharibə şəraiti qanunlarına uyğun gəlmir. Bu, insanlığa sığmayan hücumdur. Bütün dünya bunu görməli, bilməli və səssiz qalmamalıdır. AMGT BMT, ATƏT-in Minsk Qrupunun həmsədrlərini, Avropa Şurasını və dinc insanların ölümünə biganə qalmayan digər beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli şəkildə nizamlamasına nail olmaq üçün sərəncamındakı imkanlardan istifadə etməyə çağırır. Əks təqdirdə 2 yaşlı Zəhra və gələcəkdə, təəssüf ki, baş verəcəyi labüd olan dinc insanların qətli hallarına görə beynəlxalq birlik də məsuliyyət daşıyır.
 
BAKU.WS