28 yaşlı azərbaycanlı Trampın qəzəbinə tuş gəldi

28 yaşlı azərbaycanlı Trampın qəzəbinə tuş gəldi
Siyasət 1745
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirərək Rusiya kəşfiyyatı və hərbi-müdafiə sənayesi ilə bağlı olan 33 şəxsin adını "qara siyahı”ya salıb. BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Trampın qəzəbinə tuş gələnlər arasında 28 yaşlı azərbaycanlının da adı yer alıb.Bu, 2016-cı ildə ABŞ-da prezident seçkiləri zamanı sosial şəbəkələrdə “troll fabriki” yaratmaqda ittiham olunan Ceyhun Nəsimi oğlu Aslanovdur."Qara siyahıya" salındıqdan sonra Ceyhun Aslanovun ABŞ-dakı bank hesabları dondurulacaq. Onun Amerikaya viza alması və bu ölkədə istənilən şəxslə münasibət qurması da qadağan ediləcək.Aslanov Sankt-Peterburqa 2000-ci illərin sonunda İrkutsk vilayətindən gəlib, Hidrometerolgiya İnstitutunda iqtisadçı ixtisası üzrə oxuyur. Təhsil müddətində bir neçə ay ABŞ-da yaşayıb, Londonda olub. Zülfiyyə QurbanovaBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər