SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müğənni Elza Seyidcahanın namizədliyi qeydə alınıb.
 
BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə iclasa çıxarılan müraciətlərlə bağlı Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq qərarlar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb. MSK Elza Seyidcahanın namizədliyinin 54 saylı Şabran Siyəzən DSK tərəfindən qeydə alınmaması barədə şikayətini əsaslı sayıb. Nəticə etibarı ilə E. Seyidcahanın namizədliyi qeydə alınıb. 
 
ŞAHİN Həbibov
BAKU.WS