VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Respublikası Ali Məhkəməsində ANS ÇM-in kasassiya şikayətləri üzrə prosses keçirilib.
 
Məhkəmədə 2 şikayətə baxılıb. Heç birisində şikayət təmin edilməyib. Buna görə ANS rəhbərliyi hakimlərə etiraz edərək onların tərkibinin dəyişdirilməsini tələb edib.
 
Baxılan şikayətlər ANS ÇM-ə dəymiş maddi ziyan və ANS Kommers-in hüquqi şəxs kimi məhkəmədə iştirakına icazə verilməməsi ilə bağlıdır.

Məhkəmənin sonunda ANS rəhbərliyinin etirazından sonra hakimlərin dəyişdirilməsi ilə bağlı şikayət qəbul edilib. 

Lisenziyası ləğv edilən ANS Müstəqil Yayım və Media Şirkətinin rəhbəri Vahid Mustafayev məhkəmədə çıxış edib. O üzünü hakimə tutaraq bildirib ki, bu gün sizin qərarlarınız əsasında məhkəmə baş tutdu: "Başımızın üstündə Allahı görək. Sizlər Allahın dərgahı qarşısında başqa qərarlar qarşısında qalacaqsınız". 
 
Aynur Ələkbərova
BAKU.WS