25 yaşlı müğənni evində ölü tapıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreyada gənc müğənni Munbin vəfat edib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Astro" qrupunun solisti ötən gecə 20:10 radələrində yaşadığı evdə ölü tapılıb.
Bu barədə mətbuata sənətçinin meneceri açıqlama verib.
O, əvvəl Munbinə zəng edib. Telefonla əlaqə saxlaya bilmədikdən sonra isə onun yaşadığı mənzilə yollanıb. O, evdə Munbinin cansız bədənini tapıb.
"Yonhap"ın yaydığı məlumata əsasən, araşdırmalardan sonra polis Munbinin qətlinin intihar olduğunu bildirib.
Qeyd edək ki, digər ölkələrə nisbətən Cənubi Koreyada gənclərin intihar halları çoxalıb. İntihar edənlər daha çox 20 yaş kateqoriyasını əhatə edir.
Oxşar xəbərlər
Rusiyalı milyonçuları kimlər öldürür? - Son 3 ayda 8 biznesmen ölüb
Son üç ay ərzində Rusiyanın 8 milyonçusu müəmmalı şəraitdə dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, onların bəziləri ailələri ilə birgə ölü tapılıb. Maraqlıdı...