24 yaşlı xanım özü özünə ərə gedəcək - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanın Qucarat əyalətində ilk soloqam nikahı 24 yaşlı Kşama Bindu həyata keçirəcək.
BAKU.WS-in "Times of India"ya istinadla məlumatına görə, qız iyunun 11-də özü özünə ərə gedəcək.
"Mən heç vaxt evlənmək istəməmişəm. Amma gəlin olmaq istəyirdim, ona görə də özümlə evlənmək qərarına gəldim", - deyə Bindu bildirib.
Kşama özəl şirkətdə işləyir. Onun istəyi ilə mərasim zamanı bütün ənənələrə əməl olunacaq.
O, jurnalistə açıqlamasında qeyd edib ki, məqsəd qadınların əhəmiyyətini və özünü qəbul etmənin nə dərəcədə vacib olduğunu göstərməkdir.
Onun valideynləri bu qərarını bəyənıb və toy üçün xeyir-dua veriblər.
Oxşar xəbərlər
Boris Conson baş nazir kimi ilk dəfə bu ölkəyə səfər edəcək
Böyük Britaniyanın baş naziri Boris Conson aprelin 21-22-də Hindistanda rəsmi səfərdə olacaq. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə baş nazirin...