Səkkiz yaşlı qıza təcavüz edildi, pornosaytlar bağlandı - ŞOK HADİSƏ
25
apr
2018
11:16
Hindistanın Madxya-Pradeş ştatının daxili işlər naziri Bxupendra Sinqx regionda pornoqrafik məzmunlu saytlara girişin qadağan olunmasını təklif edib.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı “Times of India” nəşri məlumat yayıb.Sinqxanın fikrincə, pornoqrafiyanın yayılması cinsi zəmində törədilmiş cinayətlərin sayının artmasına gətirib çıxarır. Nazirin bu təklifi İndaur şəhərində səkkiz yaşlı qızın təcavüzə uğrayaraq öldürülməsi hadisəsindən sonraya təsadüf edir.“Ştatın Daxili İşlər Nazirliyinin apardığı araşdırmaların nəticəsinə görə, pornoqrafiya uşaqlara da pis təsir göstərir. Çünki azyaşlılar belə saytlara rahatlıqla girə bilər.Təcavüzlər bu tip saytlara girişin olmasının nəticəsidir”, - Sinqx jurnalistlərə açıqlamasında deyib.Qeyri-rəsmi məlumatlara görə, ştatda artıq 25 pornosayta giriş qadağan olunub.2015-ci ildə Hindistanda seksual məzmunlu 857 resursa giriş yasaqlanıb.BAKU.WS
Oxşar xəbərlər
DİN "pornoya görə 55 manat cərimə" mesajına görə hərəkətə keçdi (FOTO)
Azərbaycanda vətəndaşların mobil telefonlarına müdaxilə yolu ilə Daxili İşlər Nazirliyinin adından törədilən kiberdələduzluq əməlinin hansı ölkə üzərindən və ne...