Yeni porno fırıldağı Azərbaycana qəldi
24
mar
2018
13:32
Azərbaycanda smartfon istifadəçiləri bəzi saytlara daxil olarkən fırıldaqçılıqla qarşılaşırlar. Belə ki, istifadəçilərə Daxili İşlər Nazirliyi adından xəbərdarlıq gəlir.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, guya DİN-nin adından gələn xəbərdarlıqda bildirilir ki, istifadəçinin xətti pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün blok olunur.Qeyd edilir ki, bloku ləğv etmək üçün istifadəçi göstərilən nömrəyə 120 manat cərimə ödəməlidir.“Cərimə ödənildikdən sonra blok avtomatik açılacaq. Cərimənin ödənilməsindən imtina etdiyiniz və ya cəriməni ödəmədən bloklanmanı açmağa cəhd etdiyiniz halda, həbs olunmağınız üçün yaşayış yerinizə dərhal istintaq əməliyyat qrupu göndəriləcək”, - deyə xəbərdarlıqda bildirilir.Qeyd edək ki, Azərbaycan qanunvericiliyi pornoqrafik materialların yer aldığı saytlara girişi qadağan etmir, sadəcə azyaşlıların pornoqrafik görüntülərinin çəkilməsi, yayılması, izlənilməsi cinayət məsuliyyətinə səbəb olur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yeni porno fırıldağı – Sizə bu mesaj gəlirsə aldanmayın (FOTOFAKT)
Azərbaycanda ağıllı telefonlar vasitəsilə internetdən istifadə edənlər qəribə fırıldaqla qarşılaşırlar.BAKU.WS-in minval.info-ya istinadən verdiyi məlumata görə...