24 yaşlı şəhid gizirimiz - VİDEO

24 yaşlı şəhid gizirimiz - VİDEO
Foto Video
Siyasət 185

Vətən müharibəsində şəhid olanlar sırasında 24 yaşlı gizir Elfaq Azad oğlu Nağıyev də var…

BAKU.WS xəbər verir ki, şəhid Nağıyev Elfaq Azad oğlu 1996-cı ildə Gədəbəy rayonu Parakənd kəndində anadan olub.

2003-cü ildə Parakənd kənd tam orta məktəbində təhsil almağa başlayıb. 9 illik orta təhsildən sonra 2012-ci ildə Şamaxı humanitar kollecində bədən tərbiyəsi müəllimliyi ixtisasına qəbul olub. 4 illik kollec təhsilindən sonra 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə yola düşüb. Xidmətini başa vurduqdan sonra hərbçi olmaq istədiyini bildirib.

2019-cu ildə istəyinə çatıb. Gizirlik kursunu keçərək N saylı hərbi hissədə gizir kimi işə başladı. Bu ilin iyul ayında nişanlanan Elfaq Nağıyev sentyabrda Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.

O, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və bir neçə strateji yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə böyük igidlik göstərib.

Şəhid Elfaq Nağıyev Hadrut qəsəbəsinə bayrağımızı sancıb. O, düşmənin çoxsaylı canlı qüvvəsini məhv edib və "Qorxmaz gizir" ləqəbi ilə tanınıb. 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

Son xəbərlər