SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün, martın 6-da Prezident yanında Əfv Məsələləri Komissiyası məhbusların müraciətlərini araşdırmağı davam etdirib.

"Turan” Agentliyinin xəbərinə görə, iclasda əfv edilməsini istəyən 100-dən artıq, məhbusun müraciətinə baxılıb. Komissiya üzvlərinin baxılan müraciətlərin bəzilərinə müsbət rəy verdiyi bildirilir.
Bu il ərzində komissiyada baxılmış müraciətlərin sayı 700-ü keçib. Komissiyaya göndərilmiş əfv müraciətlərinin ümumi sayının isə 800-dən artıq olduğu deyilir.

Komissiyanın yaxın günlərdə daha iki toplantısının keçirilməsi planlaşdırılır.

Komissiya üzvləri Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanacağını gözlədiklərini bildiriblər.