Türkiyə səfiri Azərbaycanın İrandakı səfirliyini ziyarət edib
06
avq
2024
14:11
Türkiyə səfiri Hicabi Kırlanğıç Azərbaycanın İrandakı səfirliyini ziyarət edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X”də yazıb.
“Yeni ünvanda fəaliyyətini bərpa etmiş səfirliyimizi ilk ziyarət edən qardaş Türkiyənin İrandakı səfiri hörmətli həmkarım Hicabi Kırlanğıç və heyətini qəbul etməkdən çox şad oldum. Ziyarətləri üçün təşəkkür etdik və səfirliklərimiz arasında əməkdaşlığın davam etməsinin və daha da möhkəmləndirilməsinin önəmini vurğuladıq”, - diplomat bildirib.
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...