Mikayıl Cabbarov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşdü - FOTO

01
avq
2024
13:50
"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri, həmkarım Abdulla Bin Touq Al Marri ilə Şuşada görüşmək xoş oldu".
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkə hesabında bildirib.
"Ölkələrimizin iqtisadi əməkdaşlığının uğurla davam etdiyini məmnunluqla vurğuladıq. Yaşıl enerji və turizm üzrə potensial investisiya layihələri, Azərbaycan - BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin imzalanması istiqamətində həyata keçirilən danışıqlar barədə müzakirələr apardıq", - deyə nazir əlavə edib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...