Piter Teys: Fransa olimpiadada onsuz da sarsılmış imicini itirir
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Azərbaycan komandasının ünvanına təxribat xarakterli ifadələr işlətdiyi üçün Fransanın müvafiq orqanları tərəfindən “France 2” telekanalına sanksiya tətbiq edilməlidir.
Bunu “Report”a açıqlamasında amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.
Ekspert qeyd edib ki, telekanalın aparıcılarının Azərbaycan millisi ilə bağlı neqativ ifadələri reallığa uyğun gəlmir və Bakı ilə Paris arasında ikitərəfli münasibətlərin korlanmasına səbəb olacaq.
“Parisdə təxribat xarakterli bəyanatlar müasir Avropa sivilizasiyasında yolverilməz olan dəhşətli presedentdir. Azərbaycan bütün Avropa ölkələri ilə tərəfdaşlıq edir və Parisdəki olimpiadada Bakıya qarşı bu cür qızışdırıcı bəyanatlar bizi Avropanın orta əsrlər tarixinin ən qaranlıq günlərinə qaytarır”, - P.Teys bildirib.
Politoloq vurğulayıb ki, bu cür bəyanatlarla Fransa onsuz da sarsılmış imicini itirir.
Daha əvvəl Azərbaycanın Yay Olimpiya Oyunlarının açılışı zamanı Fransa telekanalının bu cür bəyanatlarına görə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət göndərə biləcəyi bildirilmişdi.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...