Elnur Soltanov: COP29-un gündəliyinə 14 məsələ daxil edilib
"COP29 ilə bağlı ya hər kəs birlikdə fəaliyyət göstərməlidir, ya da uğursuzluq qaçılmazdır".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda təqdimatdakı çıxışında söyləyib.
O vurğulayıb ki, COP29-da gündəmə gətiriləcək əsas məsələlərdən biri məqsədlərimizə nail olmaq yolunda maliyyələşmə məsələsidir:
"Təkliflərdən biri belədir ki, maliyyələşmə məsələsi ilə bağlı yeni model müəyyənləşdirməliyik. Biz COP29-un bu istiqamətdə çox gözəl bir fürsət olacağına inanırıq. Azərbaycan tərəfi şəffaf bir mühit yaratmağı qarşısına məqsəd qoyub ki, müxtəlif tərəflər geniş şəkildə müzakirələr apara bilsinlər. Ümumilikdə, COP29-un gündəliyinə 14 məsələ daxil edilib. Azərbaycan orada yaşıl dəhlizləri və saxlanma anbarlarının yaradılması, su çatışmazlığı məsələlərini gündəmə gətirilməsini önəmli sayır. İqlim dəyişikliyi bütün ölkələrə təsir edir. Biz milli öhdəliklərə sadiq olmalıyıq. Ona görə ki, bu öhdəliklərin hər biri çox önəmlidir”.
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...