Səfir: Aİ-nin dəstəyilə Azərbaycanda insanların həyatının xilas edilməsindən qürur duyuruq
Avropa İttifaqının (Aİ) minatəmizləmə sahəsində Azərbaycana dəstək layihəsinin rəhbər komitəsinin onlayn iclası keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Minalardan təmizləmə sahəsində Azərbaycana dəstək layihəsinin rəhbər komitəsinin onlayn iclasında iştirak edirəm. Biz qürur duyuruq ki, Aİ-nin dəstəyi ilə Azərbaycanda insanların həyatı xilas edilir, o cümlədən konkret nəticələr əldə edilir. Xüsusilə qadın minatəmizləyicilərdən ibarət ilk komandanın yaradılması və bu prosesə Avropadan vətəndaş cəmiyyətinin (Links Europe, MAG, APOPO, IEPF) cəlb edilməsi qürurvericidir”, - paylaşımda vurğulanıb.
Diplomat, həmçinin Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbərliyinə “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) layihəsinin həyata keçirilməsində əməkdaşlığa görə təşəkkürünü bildirib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...