Qazaxıstanda hərbi pilotlarımızdan möhtəşəm performans - VİDEO

Qazaxıstanda hərbi pilotlarımızdan möhtəşəm performans - VİDEO
Siyasət 96

Qazaxıstan Respublikasının Aktau şəhərində keçirilən "Birləşdik-2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri döyüş atışlı təlim-məşq uçuşlarını icra ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanılıb.Təlimin planına uyğun olaraq Su-25ML tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz və gecə vaxtları uçuşların yerinə yetirilməsi, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirilib.

Hərbi pilotlarımız tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, onlara zərbələr endirərək məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Qeyd edək ki, "Birləşdik-2024" əməliyyat-taktiki komanda-qərargah təlimində hərbi pilotlarımız qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra edərək peşəkarlıq nümayiş etdiriblər.

Oxşar xəbərlər

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...

4319 Siyasət 09:51 08 may 2023

Son xəbərlər