COP29 komandası Budapeştdə ətraf mühit nazirlərinin görüşündə fəaliyyət planını müzakirə edib - FOTO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) komandası Macarıstanın paytaxtı Budapeştdə ətraf mühit nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edib.
“Report” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Budapeştdə keçirilən ətraf mühit nazirlərinin qeyri-rəsmi görüşündə COP29 komandası qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlamaq üçün erkən tədbirlərin əhəmiyyətindən və noyabrda keçiriləcək iqlim konfransı öncəsi strateji prioritetlərdən danışıb”, - paylaşımda qeyd edilib.

Oxşar xəbərlər
Prezident İlham Əliyev Şuşada TDT-nin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edib - YENİLƏNİB - FOTO
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbə...