Viktor Orban Azərbaycana səfər edəcək
04
iyl
2024
18:12
Macarıstan Baş naziri Viktor Orban iyulun 5-6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs "X" hesabında yazıb.
O bildirib ki, sammitdə əsas diqqət nəqliyyat, əlaqə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək:
"Baş nazir Orban türk tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq".
Oxşar xəbərlər
Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib - YENİLƏNİB-2 - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu,...