BMT rəsmisi Azərbaycandakı fəaliyyətinin üçüncü ildönümü ilə bağlı paylaşım edib - FOTO
03
iyl
2024
21:45
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva Bakıda olmasının üçüncü ildönümü münasibətilə paylaşım edib.
"Report"un məlumatına görə, müvafiq paylaşım diplomatın "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
“Fəaliyyətimin üç illiyini küləklər şəhəri olan Bakıda qeyd edirik. Heyrətamiz "Flame Towers" kompleksindən tarixi Köhnə Şəhərə qədər Şərq və Qərb burada birləşir. Yaşasın zəngin mədəniyyət, ləzzətli mətbəx və bu səyahəti unudulmaz edən qonaqpərvər insanlar”, - V.Andreeva qeyd edib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...