Ərdoğan: Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşmasının əldə olunmasının təməlini qoya bilərik
Ankara Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşmasının əldə olunmasının təməlini qoya bilər.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü zamanı deyib.
Türkiyə Prezidenti bildirib ki, ölkəsi regionda və bütün dünyada sülhün bərqərar olması üçün səylərini davam etdirəcək: “Türkiyə əvvəlcə atəşkəs, sonra isə sülh sazişi ilə Rusiya və Ukrayna arasında davam edən müharibəyə son qoymaq üçün razılaşmanın əldə olunmasının təməlini qoya bilər. Hər iki tərəfi qane edə biləcək ədalətli sülh mümkündür”.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...