SİZİN REKLAM BURADA!
055 213 76 73


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan bu tədbirin bütün dünya üçün çox əhəmiyyətli fəaliyyət olduğunu bilir və hazırda bu istiqamətdə atdığı addımlar çox təqdirəlayiqdir.

Bunu “Report”un Ankara bürosuna Kanadanın Türkiyə, Gürcüstan və Azərbaycan üzrə səfiri olan (iqamətgahı Ankarada yerləşir) Kevin Hamilton bildirib.

"Bu baxımdan, əminəm ki, Bakı dünyanın böyük dövlətlərinin də iştirak etdiyi bu möhtəşəm tədbirin öhdəsindən uğurla gələcək. Kanadanın nümayəndə heyəti də COP29-da təmsil olunacaq", - səfir vurğulayıb.

K.Hamilton əlavə edib ki, etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmək üçün gələn həftə Bakıya səfər edəcək.

BAKU.WS