Səfir: ABŞ COP29-da ümumi məqsədə nail olmaq üçün Azərbaycanla işləməkdən məmnundur
ABŞ Bakıda keçiriləcək COP29 iqlim konfransında ümumi məqsədə nail olmaq üçün Azərbaycanla işləməkdən məmnundur.
“Report” xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ölkəsinin müstəqilliyinin 248-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“ABŞ-nin Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələrinə yardımı enerji sektorunda əldə edilən ən diqqətəlayiq birgə nailiyyətlərdəndir.
ABŞ-Azərbaycan enerji tərəfdaşlığının ilk onilliklərində ABŞ konsepsiyanın hazırlanması işlərində, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin və Cənub Qaz Dəhlizinin inşasında və istismara verilməsində mühüm dəstək göstərib”, - M.Libbi bildirib.
Səfirin sözlərinə görə, bu il COP29-a Bakının ev sahibliyi etməsi Azərbaycan-ABŞ tərəfdaşlığının növbəti mərhələsidir:
“Biz ümumi məqsədi dəstəkləmək - COP29-u uğurlu keçirmək üçün Azərbaycanla tərəfdaşlıq etməkdən məmnunuq. Bu tədbir artıq üzərimizə götürdüyümüz öhdəliklərimizin yerinə yetirilməsini sürətləndirəcək və maliyyələşdirmə sahəsində gələcək ambisiyalarımızı artıracaq”.
Oxşar xəbərlər
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4 - FOTO
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Q...