SİZİN REKLAM BURADA!
055 213 76 73


“Rusiya və Azərbaycanın müdafiə nazirlikləri arasında qarşılıqlı fəaliyyət durmadan inkişaf edir və bu, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə keçirilən qəbulda deyib.

A.Fomin qeyd edib ki, Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik sıx dostluq və ümumi qəhrəmanlıq tarixi birləşdirir:

“Qədim zamanlardan vətəni müdafiə etmək şərəfli və eyni zamanda müqəddəs vəzifə hesab edilib. Ürəklərinin çağırışına əməl edərək özünü çətin bir sənətə həsr edən insanlar həmişə hörmətə layiq görülüb və örnək olublar. Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Azərbaycan müstəqil xarici siyasəti olan dövlətdir. Silahlı qüvvələrdə xidmət təkcə şərəfli vəzifə deyil, həm də məsuliyyətdir.

Qeyri-sabit beynəlxalq vəziyyətdə istənilən dövlətin hərbi təhlükəsizliyinin təmin edilməsi məsələləri ön plana çıxır. Bu gün sizi Rusiya Müdafiə Nazirliyi və nazir adından bayram münasibətilə təbrik edir, uğurlar arzulayıram”.

BAKU.WS