Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar
Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar.
Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 25-də AZƏRTAC-a və AzTV-yə müsahibəsində söyləyib.
“Bütün bu təhlillər göstərdi ki, biz müharibədəki bütün o təcrübənin tətbiqindən sonra artıq antiterror əməliyyatı zamanı qısa müddətdə düşmən darmadağın edildi.
Bu antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar, onunla maraqlanırlar.
Çox sevindirici haldır ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əməliyyatları bu gün bütün dünyada dərindən öyrənilir”, - nazir bildirib.
"Biz müharibə vaxtı əldə etdiyimiz təcrübəni də, nöqsanları da öyrənirik. İstifadə etdiyimiz silahları da öyrənirik - onların hansının tətbiqi bizə daha çox fayda gətirdi, hansılar döyüşlərdə özünü çox da yaxşı göstərmədi.
Təbii ki, biz nəticələr çıxardıq və onları dəyişdik", - Z.Həsənov vurğulayıb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...