ÜST-nin Baş direktoru: İqlim tədbirləri hər il milyonlarla insanın həyatını xilas edə bilər

Milyonlarla insan havanın temperaturunun artımından və quraqlıqdan əziyyət çəkir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşün iştirakçılarına videomüraciətində deyib.
“İqlim dəyişikliyi səhiyyə üçün çağırışdır. İqlimlə bağlı humanitar fövqəladə halların miqyası artır. İqlim dəyişikliyi malyariya kimi xəstəliklərin yayılmasına kömək edir”, - ÜST rəhbəri bildirib.
O qeyd edib ki, iqlimlə bağlı tədbirlər hər il milyonlarla insanın həyatını xilas edə bilər.
Oxşar xəbərlər
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4 - FOTO
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Q...