Simonyan: Ermənistan heç bir ölkə ilə hərbi bazanın yerləşdirilməsinə dair danışıqlar aparmır
07
iyn
2024
20:46
Ermənistan heç bir ölkə ilə hər hansı hərbi bazanın yerləşdirilməsi və ya strateji müttəfiqliyə qoşulması ilə bağlı müzakirələr, danışıqlar aparmır.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu parlamentin spikeri Alen Simonyan Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin son bəyanatına münasibət bildirərkən deyib.
O, M.Qaluzinin Ermənistanın Qərb ölkələrinin milli məlumat bazalarına çıxışla mümkün təmin edilməsi barədə bəyanatını “absurd” adlandırıb.
A.Simonyan həmçinin Ermənistana qarşı birbaşa və dolayı təhdidlərə son qoymağa çağırıb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...