COP29 prezidenti kiçik ada dövlətləri üzrə Danışıqlar Qrupunun nümayəndələri ilə görüşüb
Almaniyanın Bonn şəhərində BMT-nin Beynəlxalq İqlim Konfransı çərçivəsində COP29 sədrliyinin komandası inkişaf etməkdə olan kiçik ada dövlətləri (SİDS) üzrə Danışıqlar Qrupunun nümayəndələri ilə ikitərəfli görüş keçirib.
"Report"un yerli bürosu xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev görüşdə Azərbaycanın COP29 gündəliyində duran əsas məsələlər barədə məlumat verib.
SİDS iqlim dəyişmələrinin mənfi təsirlərinə həssas ölkələr kateqoriyasında yer almaqdadır.
Bu çərçivədə görüş zamanı iqlim dəyişmələrinin mənfi təsirlərinə uyğunlaşma, iqlim maliyyələşməsi, dəniz səviyyəsinin qalxması, təbii fəlakətlər və kiçik ada dövlətlərinin üzləşdiyi digər ekoloji problemlər və onların həlli yolları ətrafında müzakirlər aparılıb və COP 29-dan gözləntiləri dinlənilib.
Oxşar xəbərlər
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4 - FOTO
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Q...