ABŞ təlimatçıları Ermənistana gəlib
ABŞ-dən olan bir qrup mobil təlimatçı Ermənistan hərbçiləri ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün Ermənistana gəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, səfər Ermənistan-ABŞ müdafiə əməkdaşlığı çərçivəsində planlaşdırılıb: “Amerikalılar aprelin 1-dən 5-dək Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin və “Zinuj Media” dövlət qurumunun əməkdaşları ilə Müdafiə Nazirliyinin inzibati kompleksində təlim prosesi keçirəcəklər”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...